SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Media/Media nümayəndələri üçün təlim keçirildi
Media

Media nümayəndələri üçün təlim keçirildi

Ziyafət Əlisoy
27 Noyabr 2025
Noyabrın 27-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün Gəncə şəhərində “İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib.“Xəbərsiz” xəbər verir ki, məqsəd icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə yazan jurnalistlərin bu sahədə daha dolğun məlumatlandırılması, əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.

Tədbirin açılışında Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxış edib. O, icbari tibbi sığortanın ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmi olduğunu vurğulayıb: “İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir. Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir.Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsasıvətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovatəqdimatla çıxış edərək bildirib ki, jurnalistlərin maarifləndirmə prosesində rolu təkcə məlumat ötürməkdən ibarət deyil, həm də ictimai etimadın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu ilin ilk 10 ayında ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan istifadə edib: “Müraciətlər üzrə 77 milyondan çox tibbi xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Özəl tibb müəssiələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb”.

Daha sonra TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, hazırda TƏBİB tərəfindən xidmət əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi üçün bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır: “Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb. Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir ki, bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir”.

Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərovvətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin düzgün tətbiqinin vacibliyini vurğulayıb. O həmçinin göndərişlərin əldə olunması üsulları, tibbi xidmətlərin göstərilməsi zamanı elektron göndərişlərin tətbiqi, eləcə də təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrinə göndəriş verilməsi proseduru barədə geniş məlumat təqdim edib. Onun sözlərinə görə, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir.

TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyevabildirib ki, TƏBİB-in tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi fəaliyyət göstərir.Bu müəssisələrin hər biriicbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidmət göstərir: “Tibb müəssisələri fəaliyyət göstəriciləri, kadr potensialı və xidmət səviyyəsinə uyğun olaraq müxtəlif kateqoriyalara ayrılır. 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsində müsbət dinamika görünür. Nəticədə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunan tibbi xidmətlər üçün ödənilən məbləğ üzrə də 8% artım qeydə alınıb”.

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində müasir tibbi xidmət spektri genişlənir: “Artıq müəssisələrdə FAKO üsulu ilə katarakta, DSR(gözyaşı kanal tıxanıqlığı)əməliyyatı, Avastin inyeksiyası və digər oftalmoloji prosedurlar icra olunur, regionlarda xidmət çeşidliliyinin artırılması istiqamətində ardıcıl işlər aparılır. Gələcək mərhələdə vitroretinal əməliyyatların icrası, refraktiv cərrahiyyə mərkəzinin yaradılması, habelə müəssisələrin müasir avadanlıqlarlatəchizatı planlaşdırılır”.Daha sonra təcili və təxirəsalınmaz tibbi yardım xidməti, mövcud briqada, ambulans sayları, gündəlik çağırışlar, xidmətin təkmilləşdirilməsi üçün görüləcək işlərlə bağlı planlar da media nümayəndələrinin nəzərinə çatdırılıb.

Agentliyin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov monitorinq fəaliyyətinin tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin göstərilməsi prosesinin keyfiyyətinin, icrasına nəzarət və xidmət yükünün qiymətləndirilməsi baxımından aparıldığını qeyd edib. O, monitorinq nəticələrinin xidmətlərin göstərilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə əsas baza rolunu oynadığını bildirib: “Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinqaparılıb. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
21 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
137 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
96 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026