Medvedev: Rusiya aktivlərinin Ukraynada istifadəsi müharibə aktı sayıla bilər
Avropa İttifaqının (Aİ) Ukrayna tərəfindən dondurulmuş Rusiya aktivlərindən istifadə etməsi “müharibə aktı” kimi qiymətləndirilə bilər.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev Telegram hesabındakı paylaşımında Aİ Komissiyasının Rusiya aktivlərinin Ukraynaya istifadəsini ehtiva edən planını dəyərləndirib.
“Aİ Belçikada təzminat kreditləri adı altında dondurulmuş Rusiyanın aktivlərini oğurlamağa cəhd edərsə, Rusiya bu addımı Brüssel və Aİ üçün bütün nəticələri ilə casus belli (müharibə səbəbi) kimi görə bilər”, – deyə o, bildirib.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ ölkələri Rusiyanın təxminən 200 milyard dollarlıq aktivlərini dondurub.
Aİ Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit üçün girov kimi istifadə etmək ideyasını nəzərdən keçirir.
Plan Ukraynaya 140 milyard avro kreditin verilməsini nəzərdə tutur və Ukrayna bunu yalnız Rusiya müharibə təzminatlarını ödədiyi halda ödəyəcək.
Xəbərsiz





