27.02.2026 / 3:59
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 6°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT
Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT
Ana Səhifə Milli Məclis

Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

Xəbərsiz Media Xəbərsiz Media
26.02.2026 / 16:14
Milli Məclis
A A

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.

“Xəbərsiz” xəbər verir ki, müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqir edilib, bəzi qurbanlar diri-diri yandırılıb.

Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, insan hüquqlarının, habelə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq.

Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.

Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

"Qarabağa qayıdanlar evlərini özləri tiksin" - Razi Nurullayev
Milli Məclis

"Qarabağa qayıdanlar evlərini özləri tiksin" - Razi Nurullayev

Fevral 24, 2026
Yol hərəkəti haqqında qanuna dəyişiklik edildi
Milli Məclis

Yol hərəkəti haqqında qanuna dəyişiklik edildi

Fevral 24, 2026
Bu hərbçilərin xidmət müddəti azaldılır
Milli Məclis

Bu hərbçilərin xidmət müddəti azaldılır

Fevral 20, 2026
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
Milli Məclis

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Fevral 20, 2026
Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər
Milli Məclis

Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər

Fevral 20, 2026
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclis

Milli Məclisin növbəti plenar iclası başladı

Fevral 20, 2026

XƏBƏR LENTİ

Sükut dəqiqəsi...

Sükut dəqiqəsi...

26 Fevral, 26 / 17:08
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

26 Fevral, 26 / 16:14
Prezident və ailəsi açılışında iştirak etdi

Prezident və ailəsi açılışında iştirak etdi

26 Fevral, 26 / 15:49
AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi

26 Fevral, 26 / 15:11
Ronaldo İspaniya klubunun səhmlərini aldı

Ronaldo İspaniya klubunun səhmlərini aldı

26 Fevral, 26 / 14:24
Bu yolda avtobus zolağı ləğv edildi

Bu yolda avtobus zolağı ləğv edildi

26 Fevral, 26 / 14:14
Vətəndaşlara 1000 manat pul veriləcək? - RƏSMİ CAVAB

Vətəndaşlara 1000 manat pul veriləcək? - RƏSMİ CAVAB

26 Fevral, 26 / 14:12
“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

26 Fevral, 26 / 12:59
MEDİA kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

MEDİA kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

26 Fevral, 26 / 12:49
Fevralın 27-də havanın temperaturu dəyişəcək

Fevralın 27-də havanın temperaturu dəyişəcək

26 Fevral, 26 / 12:40
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026