22.04.2026 / 12:54
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 15°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi
Ana Səhifə Gündəm

Mina və partlamamış hərbi sursatlar probleminə dair birgə qrant müsabiqəsinin nəticələri bəlli olub

Xəbərsiz Media Xəbərsiz Media
13.03.2026 / 10:56
Gündəm
A A

İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlar (PHS) probleminin həlli istiqamətində həyata keçirilən təşəbbüslər çərçivəsində elan olunan qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

“Xəbərsiz” xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi, xüsusilə keçmiş təmas xəttinə yaxın ərazilərdə məskunlaşan və fəaliyyət göstərən vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Qeyd edək ki, bu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ilk birgə layihəsi çərçivəsində təşkil olunan müsabiqə zamanı böyük, orta və kiçik qrant kateqoriyaları üzrə daxil olan 30 layihə təklifinə dair sənədlərin ekspertizası və ətraflı təhlili aparılaraq 10 ən effektiv layihə qalib seçilib. Müəyyən olunmuş istiqamətlər üzrə qaliblərin siyahısı aşağıdakı kimidir:

İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi üzrə:

– “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi – “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək”;

– “Gilavar Foto Klubu” İctimai Birliyi – “Məqsəd 18: Minasız dünya”.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlar arasında mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması üzrə:

– Beynəlxalq Avrasiya Mətbuat Fondu – “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək”;

– “Dayaq” Qeyri-Hökumət Humanitar Yardım Təşkilatı – “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri”;

– “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi – “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və PHS təhlükəsinə dair maarifləndirilməsi”;

– “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi – “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi”;

– Futbolun İnkişaf Fondu – “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma”;

– “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi – “Minasız həyat üçün innovativ təşəbbüslər”;

– “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi – “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi”.

Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək üzrə:

– “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi – “Mina və PHS-dən zərərçəkənlərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası”.

Layihələrin icrası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: Milli Prioritetlər” sənədlərində müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilir. Minatəmizləmə və maarifləndirmə tədbirləri azad edilmiş torpaqlarımızda təhlükəsiz yaşayışın təmin edilməsi baxımından prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dəstəklənən layihələr mina təhlükəsinin azaldılmasına, əhalinin təhlükəsizliyinin təmin olunmasına və Böyük Qayıdış prosesinə mühüm töhfə verməyə xidmət edəcək.

 

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Əhməd saxlanıldığı tibb müəssisəsindən buraxılıb? - RƏSMİ
Gündəm

Əhməd saxlanıldığı tibb müəssisəsindən buraxılıb? - RƏSMİ

Aprel 21, 2026
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
Gündəm

Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?

Aprel 19, 2026
Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub
Gündəm

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Aprel 18, 2026
Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır
Gündəm

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

Aprel 18, 2026
TƏSDİQLƏNDİ: Bu şəxslərə ayda 200 manat veriləcək
Gündəm

TƏSDİQLƏNDİ: Bu şəxslərə ayda 200 manat veriləcək

Aprel 17, 2026
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
Gündəm

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

Aprel 17, 2026

XƏBƏR LENTİ

Pensiya alanların nəzərinə

Pensiya alanların nəzərinə

22 Aprel, 26 / 12:20
İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

22 Aprel, 26 / 11:54
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

22 Aprel, 26 / 11:49
9-cu sinif şagirdlərinin nəzərinə

9-cu sinif şagirdlərinin nəzərinə

22 Aprel, 26 / 11:24
Pərvin Quliyevaya vəzifə verildi - FOTO

Pərvin Quliyevaya vəzifə verildi - FOTO

22 Aprel, 26 / 11:01
Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

22 Aprel, 26 / 10:23
Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

22 Aprel, 26 / 10:20
Bakı metrosunda sıxlıq yarandı

Bakı metrosunda sıxlıq yarandı

22 Aprel, 26 / 10:04
Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

21 Aprel, 26 / 18:09
Arıqlama zamanı zərərli ola biləcək 7 sağlam məhsul

Arıqlama zamanı zərərli ola biləcək 7 sağlam məhsul

21 Aprel, 26 / 17:08
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026