MN rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
“Xəbərsiz” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad olunub.





