Məzmuna keç

MTN generalı vəfat etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev ölüb.

“Xəbərsiz” “Qafqazinfo”ya istinadən xəbər verir ki, general-mayor 71 yaşında vəfat edib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün dəfn ediləcək.