Abşeronda usta avtomobilin ehtiyat hissələrini oğurlayıb.
Avtomobil sahibi “Mercedes” markalı nəqliyyat vasitəsini təmir üçün ustaya təhvil verib.
Təmir məntəqəsində avtomobilin 4 min manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.
Polisin keçirdiyi tədbirlərlə oğurluğu edən usta, 28 yaşlı T.Teymurov saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.










