Netanyahu: Putinlə ünsiyyət İsrailin maraqlarına xidmət edir
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun Rusiya lideri Vladimir Putinlə müntəzəm əlaqəsi ölkəsinin həyati maraqlarına xidmət edir.
“Xəbərsiz” xəbər verir ki, RİA Novosti Netanyahuya istinadən yazır: “Mən Putinlə mütəmadi olaraq ünsiyyət qururam. Bu şəxsi əlaqə onilliklər ərzində bizim həyati maraqlarımıza xidmət edib”.
Qeyd edək ki, noyabrın 15-də Kremlin mətbuat xidməti Netanyahu ilə Putinin telefon danışığı apardığını açıqlamışdı.
Xəbərsiz





