SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Baxış bucağı/"Qazaxıstan Mərkəzi Asiyada “neytral, lakin aktiv oyunçu” statusunu möhkəmləndirməyə çalışır"
Baxış bucağıManşetTəhlil

"Qazaxıstan Mərkəzi Asiyada “neytral, lakin aktiv oyunçu” statusunu möhkəmləndirməyə çalışır"

Xəbərsiz Media
11 Noyabr 2025

Xəbər verdiyimiz kimi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya və Qazaxıstan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik haqqında bəyannamə imzalayacağını açıqlayıb.

Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında Bəyannamənin imzalanması” barədə açıqlaması, əslində, Mərkəzi Asiyada yeni diplomatik düzənin formalaşmasına işarə edir.

“Tokayevin sözləri Moskva ilə münasibətlərin yeni mərhələyə daxil olmasını ifadə etsə də, bu, Qazaxıstanın xarici siyasət kursunda tam istiqamət dəyişikliyi demək deyil. Daha çox tarazlıq manevri xarakteri daşıyan bu addım, Qazaxıstanın regional və qlobal güclər arasında çoxvektorlu siyasətini qorumağa yönəlib”. – deyə o, əlavə edib.

Plenari qeyd edib ki, “Müttəfiqlik səviyyəsinə keçid” ifadəsi diplomatik dildə sadəcə “yaxınlaşma” anlamı daşımır. Bu, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyanın dərinləşməsi deməkdir. Tokayevin bu addımı Moskva ilə münasibətləri möhkəmləndirməklə yanaşı, Rusiyanın son illərdə Mərkəzi Asiyada azalan təsirinə qarşı “sabitləşdirici jest” kimi də qiymətləndirilə bilər.

Bununla belə, Qazaxıstanın xarici siyasət kursunun əsas sütunu olan çoxvektorlu strategiya hələ də qüvvədədir. Tokayev üçün əsas məsələ Rusiya ilə münasibətləri sabitləşdirməklə yanaşı, Çin, Türkiyə və Qərb ölkələri ilə əməkdaşlığı davam etdirməkdir. Çin üçün Qazaxıstan, “Bir Kəmər, Bir Yol” layihəsinin Mərkəzi Asiyadakı əsas keçid nöqtəsidir. Pekin Tokayevin Moskva ilə yaxınlaşmasından narahat olsa da, Qazaxıstanın tam şəkildə Rusiyanın orbitinə düşməsini də istəmir. Ona görə də Çin iqtisadi təsirini artırmaq və nəqliyyat-logistika layihələrində iştirakını genişləndirməklə tarazlığı qorumağa çalışacaq.

“Türkiyə baxımından Qazaxıstan Türk dünyasının inteqrasiya proseslərində strateji mövqeyə malikdir. Amma görünən mənzərə bunu deməyə əsas verir ki, Qazaxıstan Ankarayla əlaqələrini daha çox iqtisadi və mədəni layihələr üzərindən inkişaf etdirmək niyyətindədir.
Qərb üçün Qazaxıstan Mərkəzi Asiyada enerji və nəqliyyat baxımından mühüm tərəfdaşdır. Rusiya ilə münasibətlərin “müttəfiqlik səviyyəsinə” çatdırılması Avropa İttifaqı və ABŞ-da müəyyən narahatlıq doğura bilər. Bu, Qazaxıstana yönələn birbaşa investisiyaların azalmasına və bəzi strateji layihələrin təxirə salınmasına səbəb ola bilər. Lakin Tokayev üçün bu risk qəbul ediləndir, çünki əsas prioritet ölkə daxilində sabitlik və siyasi dayaqların möhkəmlənməsidir”, – o, qeyd edib.

Deputat vurğulayıb ki, Tokayevin bu bəyanatı həm də daxili siyasət mesajı kimi oxunmalıdır. O, Qazaxıstanın “Rusiya ilə dostluqdan uzaqlaşmadığını”, eyni zamanda, “Qərbə qarşı düşmənçilik etmədiyini” göstərmək istəyir. Bu baxımdan, bəyannamə həm Moskva üçün inam siqnalıdır, həm də beynəlxalq ictimaiyyət qarşısında Tokayevin balanslaşdırılmış lider obrazını gücləndirir.

Beləliklə, Tokayevin Moskvaya səfəri ərəfəsində səsləndirdiyi “müttəfiqlik səviyyəsi” barədə bəyanat Qazaxıstanın çoxvektorlu siyasətinin yeni mərhələsidir. O, Rusiya ilə münasibətləri dərinləşdirməklə, təhlükəsizlik və iqtisadi sabitliyi qorumaq, eyni zamanda, Çin, Türkiyə və Qərb istiqamətlərində manevr imkanlarını saxlamaq istəyir. Qazaxıstan bu yolla həm regional balansı qorumağa, həm də Mərkəzi Asiyada “neytral, lakin aktiv oyunçu” statusunu möhkəmləndirməyə çalışır.

Ziyafət Əlisoy

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
15 baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
313 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
195 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026