Yaxın Şərq ABŞ və İran arasında gərginliyin yeni bir eskalasiyasına tab gətirə bilməz.
Bunu Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.
Əl-Sani, həmçinin bildirib ki, Doha danışıqlar prosesini bərpa etmək üçün hər iki tərəflə əməkdaşlıq edir.
Bazar ertəsi günü Qətərin baş naziri Vaşinqtona gedib. Orada o, regiondakı vəziyyətlə bağlı danışıqlarda vasitəçilik etmək niyyətindədir.










