Radanın rus dili ilə bağlı qərarı Kiyevin sülh istəmədiyini göstərir - Rusiya XİN
Ukrayna Ali Radasının rus dilini qorumalı dillər siyahısından çıxarmaq qərarı Kiyev rejiminin sülh yolu ilə nizamlanma niyyətinin olmadığını göstərir.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
“Əlbəttə, bu cür addımlar Kiyevdə sülh yolu ilə nizamlanmaya meylin olmadığını nümayiş etdirir, çünki onun şərtlərindən biri rus dilinə, rusdilli vətəndaşlara qarşı ayrı-seçkiliyin ləğvi və Ukraynada yaşayan bütün millətlərin hüquqlarına hörmət edilməlidir”, – Zaxarova bildirib.
“Biz beynəlxalq strukturları Kiyev rejiminin qərarına obyektiv qiymət verməyə və onu insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etməyə sövq etmək üçün tədbirlər görməyə çağırırıq”, – deyə o, bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd etdiyi kimi, Kiyev rejimi bununla da “anormallıq və çılğınlıq əlamətləri” nümayiş etdirir və qərarın özü də Ukraynada “tamamilə anti-milli rejim”in hakimiyyətdə olduğunu göstərir.





