Rusiya 2030-cu ilə qədər Venesuela ilə ticarəti bu məbləğə çatdıracaq
“Hökumətlərarası komissiyamız hələ də 2030-cu il planına uyğun olaraq layihə fəaliyyətinin genişləndirilməsinə diqqət yetirir. Biz gözləyirik ki, planda nəzərdə tutulan məqsədlərə nail olmaq 2030-cu ilə qədər ikitərəfli ticarətin 400 milyon dollara qədər artmasına gətirib çıxaracaq”.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Çernışenko deyib.
Çernışenkonun fikrincə, bu, Venesuelaya Rusiyanın Latın Amerikasında ilk 10 ticarət tərəfdaşından birinə çevrilməyə imkan verəcək.
Baş nazirin müavini Rusiyanın Venesueladan idxalının 2025-ci ilə qədər 3 dəfə artdığını vurğulayıb.
O, həmçinin əlavə edib ki, Rusiyanın əsas idxalçıları Venesueladan kakao, qəhvə və dəniz məhsulları alışlarını artırmaqda maraqlıdırlar.
Çernışenko əməkdaşlığın bir sıra perspektivli istiqamətlərini də qeyd edib.
“Neft sektorunda müştərək müəssisələr ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Onların payına Venesuelanın ümumi neft hasilatının 11%-dən çoxu düşür”.
Xəbərsiz





