Sənət adamları ayağa qalxdılar: "Musiqimiz əldən çıxacaq!"
Xəbər verdiyimiz kimi, son günlər sosial medianın yerli seqmentində Mirzə Ələkbər Sabirin şeirinə bəstələnmiş yeni mahnı sürətlə yayılaraq viral olub.
Belə ki, kimliyi bilinməyən xanım ifaçı şairin “Qoyma, gəldi!” şeirinin sözlərinə mahnı səsləndirib. Lakin mahnıda orijinal mətndəki bəzi misraların dəyişdirilməsi izləyicilərin narazılığına səbəb olub.
Məlumata görə, Sabirin şeirinin ilkin variantında yer alan “İyrənmişəm ağzının suyundan” ifadəsi mahnıda “Adətdir, yəqin, gəlir soyundan” kimi təqdim edilib.
Mövzu sənət adamlarının da qınağına səbəb olub.
“Maqazin Plus” verilişinə danışan Xalq artisti Zabit Nəbizadə bu tip mahnıların ifa edilməsini sərt şəkildə qınayıb:
“Belə oxumaq olmaz. Bizim musiqimiz ged-gedə yoxa çıxır. Axı niyə gedib başqa işlə məşğul olmursunuz? Hər yerindən duran oxumaq istəyir”.
Əməkdar artist İlkin Əhmədov da öz sərt mövqeyini sərgiləyib:
“Niyə belə edirsiniz? Bu nə mahnıdır? Bu nə yanaşmadır? Bu nədir? Ona mahnı deməyə adamın dili gəlməz. Mən buna etirazımı bildirirəm, belə olmaz. Hətta sözləri də dəyişiblər. Belə şeylərə yol vermək olmaz!”
Daha ətraflı videoda:
https://youtube.com/shorts/fBpRb3juCiE?si=fwg5WEEb67pbMq1C





