Somalidən Baş nazirindən Trampa cavab GECİKMƏDİ
Somalinin baş naziri Həmzə Abdi Barre ABŞ prezidenti Donald Trampın Somali və Somalili mühacirlərə qarşı mənfi ifadələrini rədd etdiyini və cavab verməyə ehtiyac görmədiyini bildirib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Trampın bir çox ölkəyə qarşı mənfi ifadələr işlətdiyini ifadə edən Barre , “Trampın ölkəmizə ünvanladığı bu cür açıqlamaları və sözlərini rədd edir və cavab vermək istəmirik. Ən yaxşısı davam etməkdir” deyə bildirib.





