SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK
24 İyul 2026
Əsas/Media/“Sosial şəbəkələrdə qeyri-etik paylaşımlara, canlı yayımlara nəzarət gücləndirilir”
Media

“Sosial şəbəkələrdə qeyri-etik paylaşımlara, canlı yayımlara nəzarət gücləndirilir”

Xəbərsiz Media
12 Fevral 2026

Son dövrlər sosial şəbəkələrdə canlı yayım açan bəzi şəxslərin qeyri-etik ifadələr işlətməsi, təhqir və ictimai əxlaqa zidd davranışlar nümayiş etdirməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə azyaşlı və yeniyetmələrin bu yayımları izləməsi məsələnin aktuallığını daha da artırır.

Mövzu ilə bağlı sosial mediada aktiv fəaliyyət göstərən Xüsusi.Tv saytının baş redaktoru Asim Abdullayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, sosial şəbəkələr müasir dövrdə ən güclü təsir vasitələrindən birinə çevrilib və burada səsləndirilən hər bir fikir geniş auditoriyaya təsir göstərir:

“Bu gün bir nəfər telefon vasitəsilə canlı yayım açaraq saniyələr içində minlərlə, hətta on minlərlə insana çıxış əldə edir. Bu, böyük imkan olmaqla yanaşı, böyük məsuliyyətdir. Təəssüf ki, bəzi şəxslər izləyici toplamaq və diqqət çəkmək naminə qeyri-etik ifadələrə, təhqirə və aqressiv davranışlara yol verirlər.”

Baş redaktor qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu cür məzmun xüsusilə formalaşma mərhələsində olan yeniyetmələr üçün təhlükəli nümunə yaradır:

“Yeniyetmə yaş dövründə insan gördüyü və eşitdiyi davranışları tez mənimsəyir. Əgər sosial mediada populyar olan şəxslər söyüşü, təhqiri və kobudluğu adi ünsiyyət forması kimi təqdim edirsə, bu, bir müddət sonra gənclər arasında normal davranış modeli kimi qəbul edilə bilər. Bu isə cəmiyyət üçün ciddi siqnaldır”.

Onun sözlərinə görə, sosial medianın təsir gücü televiziya və digər ənənəvi media vasitələrindən heç də az deyil, bəzi hallarda daha geniş auditoriyanı əhatə edir.

Asim Abdullayev xüsusi olaraq vurğulayıb ki, bu kimi hallara qarşı dövlət tərəfindən prinsipial mövqe nümayiş etdirilir:

“Son dövrlər sosial şəbəkələrdə baş verən hüquqazidd hallarla bağlı ciddi nəzarət həyata keçirilir. Xüsusilə Daxili İşlər Nazirliyi gücləndirilmiş rejimdə fəaliyyət göstərir və qanun pozuntusuna yol verən şəxslərlə bağlı operativ tədbirlər görülür”.

O əlavə edib ki, DİN-in Mətbuat Xidməti baş verən hadisələrlə bağlı ictimaiyyətə vaxtında və rəsmi açıqlamalar təqdim edir:

“Bu da göstərir ki, məsələ diqqət mərkəzindədir və heç bir qanun pozuntusu nəzarətsiz qalmır”.

Baş redaktor bildirib ki, internet mühitinin nəzarətsiz olması ilə bağlı düşüncələr yanlışdır:

“Açıq təhqir, şərəf və ləyaqətin alçaldılması, ictimai qaydanın pozulması və digər hüquqazidd hərəkətlər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Qanun qarşısında hər kəs bərabərdir.”

Onun sözlərinə görə, məqsəd kimisə susdurmaq deyil, ictimai nizam-intizamı və mənəvi dəyərləri qorumaqdır.

Asim Abdullayev valideynlərə də çağırış edib:

“Valideynlər övladlarının izlədiyi məzmuna diqqət yetirməlidir. Platformalar daxili qaydalarını daha ciddi tətbiq etməlidir. Ən əsası isə hər bir vətəndaş anlamalıdır ki, sosial şəbəkədə çıxış edərkən artıq ictimai məsuliyyət daşıyır”.

O vurğulayıb ki, reytinq və baxış sayı naminə etik sərhədlərin aşılması nə cəmiyyətə, nə də həmin şəxsin öz nüfuzuna xeyir gətirir:

“Azad söz vacibdir, lakin azadlıq məsuliyyətlə müşayiət olunmalıdır. Dövlət qurumlarının, xüsusilə Daxili İşlər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi operativ və prinsipial fəaliyyət cəmiyyətdə hüquqi nizamın qorunmasına xidmət edir.”

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Həmçinin oxu

İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
15 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
137 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
95 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026