SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Ermənistan ordusunda şok statistika: Yeddi ayda…
24 İyul 2026
Şamaxıda zəlzələ oldu
24 İyul 2026
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Əsas/Media/Sözün yox, səsin yazarı - Svetlana Aleksiyeviç
Media

Sözün yox, səsin yazarı - Svetlana Aleksiyeviç

Ziyafət Əlisoy
22 Sentyabr 2025

Cəsurluğun, qəhrəmanlığın, qorxmazlığın qadın, kişisi olmur. Bunun ən yaxşı göstəricilərindən olan əsərlərdən biri də 2015-ci ildə Svetlana Aleksiyeviçə “Nobel” mükafatı qazandıran “Müharibənin qadın olmayan üzü” adlı əsəridir. Svetlana Aleksiyeviç polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə “Nobel”ə layiq görülüb. O, xırda şeylərin, kiçik hadisələrin böyük yazarıdır. İnsan həyatından çox, insan duyğularına abidə ucaldan yazar…

 

Tarixdə demək olar ki, ilk dəfə müharibəni bütün çılpaqlığı ilə göz önünə gətirən yazıçı Svetlana Aleksiyeviç olub. Həqiqətən də, onun əsərlərini roman hesab etmək olarmı? Çünki əsərlərində yazıçının öz sözlərindən daha çox, müharibədə iştirak etmiş qadınların danışıqları var. Svetlana Aleksiyeviç sözün yox, səsin yazarıdır.

O, “ Nobel” çıxışında deyir:

“Flober deyirdi ki, o, qələm adamıdır, mən deyə bilərəm ki, qulaq adamıyam.Küçədə gedəndə qulağıma hansısa sözlər, ifadələr, nidalar dəyəndə həmişə düşünürəm: Bir gör nə qədər roman itib gedir, izi də qalmır. Zamanda. Qaranlıqda.İnsan həyatının bir hissəsi – şifahidir, onu ədəbiyyata qazandırmaq nəsib olmur bizə. Biz onu hələ qiymətləndirmirik, o bizi heyrətləndirmir hələ. Məni məhz o yaxalayıb, əsirinə çevirdi.İnsan danışığını sevirəm… Tək bir insan səsini sevirəm. Bu, mənim ən böyük eşqim və ehtirasımdır.”

“Mən nə edirəm? Mən gündəlik hissləri, fikirləri, sözləri toplayıram. Öz zəmanəmin həyatını toplayıram. Mənə qəlbin, ruhun tarixi maraqlıdır. Ruhun həyatı. ” 

“Məni kiçik insan maraqlandırır. Kiçik böyük insan, ona görə ki, kiçik insanı iztirabları böyüdür. Kiçik insanın özü mənim kitablarımda öz tarixçəsini danışır, öz tarixçəsilə birgə böyük tarixi də.”

Və bu da Svetlana Aleksiyeviçin jurnalist olan bir yazar olmasından qaynaqlanır. Əslində, bu əsərin əsas mövzusu müharibə deyil, qadındır. Elə bir qadın ki, düşmən əsgərləri belə inana bilmirdi ki, o, cəsur döyüşçü qadındır. İnana bilmirdilər ki, onları bir qadın öldürüb. “Müharibənin qadın olmayan üzü” əsərində II Dünya müharibəsində iştirak edən, müxtəlif işləri yerinə yetirən və daha sonra müharibənin əsiri olaraq yaşamağa davam edən qadınlardan bəhs edilir. Bəs o qadınlar orada nələr yaşadı? Orada olmaq onlar üçün asan idimi?

Əsəri oxuyan biri olaraq deyirəm ki, əsər insan psixologiyasına ciddi şəkildə təsir edir. Bir də düşünək ki, oradasan, bu hadisələri real şəkildə yaşayırsan, görürsən… Əsərdə müəllif orada iştirak edən qadınların müxtəlif vaxtlarda, yerlərdə, işlərdə yaşadığı hadisələri diqqətə çatdırır. Və bu yaşananlar bir qadın üçün yox, bir insan üçün o qədər dözülməzdir ki…

Svetlana Aleksiyeviçin Nobel nitqindən bir hissə: Deyə bilmərəm ki, həmişə qatlana bilmişəm, – dəfələrlə olub ki, insandan diksinmişəm və qorxmuşam, heyrət və ikrah duymuşam, eşitdiyimi unutmaq istəmişəm, xəbərsiz olduğum zamanlara dönmək istəmişəm.

Kitabda qeyd edilən məlumatlar insanın qanını dondurur. Bir ananın öz övladına qıyması, insanın öz yoldaşının ətini yeməsi, insanların doğranması, yandırılması… Bu bir insan üçün necə bir dəhşətdir fikirləşə bilirsiniz? Və burada tək ziyan çəkən insanlar deyil, təbiət, həmin təbiətin incisi olan heyvanlar belə ziyan çəkib…

“Bombardman vaxtı bir keçi də bizə qoşuldu. Bizimlə bir yerdə torpağa uzandı. Yanımızdaca uzandı və başladı çığırmağa. Bombardman başa çatdı, o yenə bizdən ayrılmadı, elə istəyirdi ki, bizimlə bir yerdə olsun. Canlıdır axı, o da canından qorxur. Nə isə… Gedib çıxdıq bir kəndə, qarşımıza çıxan qadına dedik: “Götür bu keçini saxla!” Canını qurtarmaq istəyirdi…”

“Kəndi geri aldıq…Su axtarırıq. Həyətlərdən birinə girəndə gözümüzə quyu sataşdı. Qıraqları taxta ilə hörülmüş quyu idi… Həyətdə güllə ilə vurulmuş ev sahibinin cəsədi qalmışdı… Yanında da it. Bizi görəndə başladı quyruq bulamağa, ora-bura qaçmağa. Onun nə etmək istədiyi sonra çatdı bizə, o isə bizi çağırırdı… Bizi evə çağırırdı… Onun arxasına düşüb getdik. Qapının ağzında ev sahibinin arvadı və üç uşaq yıxılıb qalmışdı. İt isə onların başının üstünü kəsdirib ağlayırdı. Əməlli-başlı ağlayırdı. İnsan kimi…”

Bəs onlar müharibədən sonra nə edəcəkdilər? Necə oranın təsirindən uzaqlaşa biləcəkdilər? Normal həyata dönmək onlar üçün asan olacaq?

Müharibə bitdi, amma onların içindəki müharibə heç vaxt bitmədi, bitməyəcək… Orada yaşadıqları ağrı, əzablar dinmədi, dinməyəcək…Onlar müharibədən sonra belə, rahat yuxu yata bilmədilər. Müharibədən zahirən gəlsələr belə ruhları orada qalmışdı. Və heç vaxt o ruh müharibəni tərk edə bilməyəcəkdi. Elə indiki dövrdə Azərbaycan qaziləri də belədir. Onlar hələ də rahat yuxu yata bilmirlər. Yuxuda ikən sanki müharibə imiş kimi hisslər keçirirlər. Və 2-ci Qarabağ müharibəsinin bitməsindən bir neçə il keçsə də, hələ müharibədən sağ qayıdan bütün əsgərlərimiz psixoloji cəhətdən hələ də müharibədədir. Onların öz içlərində olan müharibə heç vaxt bitməyəcək.

Əsərdə göstərilir ki, bir çox insanlar orada iştirak edənqadınlarla qürur duysa da, bir çoxu onları qəbul edə bilmirdi. Və bunun səbəbi də müharibədə olmaları idi… Heç düşünmürdülər ki, onlar orada neçə-neçə igidi güllə altından qurtarıb, sağaldıb, onlara yemək bişirib, paltarlarını yuyub…

Onlar orda o qədər hadisə görüblər. Gözlərinin önündə ailələrini, sevdiyini, yoldaşlarını itiriblər. Amma o qəhrəman qadınlar vicdanını heç vaxt itirməyibdir. Onlar orada yaralı olan düşmən əsgəri belə olsa, onları sağaltmaq istəyib, onlarla öz yeməklərini paylaşıb, hətta yemək qıtlığı olsa belə, onları öz əsgərlərindən seçməyib. Əsər oxuyan hər kəsdə bir dəfə də müharibəyə nifrət hissi yaranır…

Svetlana Aleksiyeviç Nobel nitqindən:“ Bu “bunlar”, “onlar” sözləri mənə kitabın nə haqda olacağına eyham vurdu: müharibənin – qatillik olması haqda. Qadın yaddaşında necə qalması haqda.”

Mənim fikrimcə, hər kəs bu əsərlə tanış olmalıdır. Çünki əsərdə müharibəni bütün orijinallığı ilə göz önünə sərmişdir. Elə bu kitabdan da bir hissəni nəzərə yetirək.

“Biz gedirik…Bəs arxamızda kimlər qalır? Mən tarix müəllimiyəm… Mənim dövrümdə tarix dərsliyini düz üç dəfə dəyişiblər. Mən üç ayrı-ayrı dərslikdən öyrənmişəm tarixi….

Bizdən sonra nə qalacaq? Nə qədər ki sağıq, soruşun, öyrənin. Sonradan uydurmayın bizi. Soruşun…

Mən bütün ömrüm boyu tarixdən dərs demişəm, ancaq mən dəqiq bilirdim ki, heç bir tarixi hadisəni sonuna qədər dəqiqliyi ilə bilmirik. Bütün yaşanmış hissləri. Bütün həqiqətləri…”

Onlar ölmək istəmirdilər. Onlar yaşamaq, yaşatmaq istəyirdilər…

Ebru Bayramova

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Həmçinin oxu

Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
137 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
95 baxış
Media

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi

No Comment
58 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026