"Sülh planı ilə bağlı yeni təkliflər dekabrın 9-da ABŞ-yə təqdim olunacaq"
Avropa liderləri ilə görüşü zamanı hazırlanmış sülh planının yeni variantı dekabrın 9-da ABŞ-yə təhvil veriləcək.
“Xəbərsiz” bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Düşünürəm ki, plan sabah axşam saatlarında hazır olacaq. Düşünürəm ki, biz onu yenidən araşdırıb ABŞ-yə təhvil verəcəyik”, – Zelenski bildirib.
“Plan 28 bənddən 20-yə endirilib” və ərazilər məsələsində “hələ kompromis tapılmayıb”, o əlavə edib.
Xəbərsiz
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





