Tailandda daşqınlar nəticəsində ölənlərin sayı 145-ə çatıb
Tailandın cənub əyalətlərində daşqın qurbanlarının sayı 110-dan 145-ə yüksəlib,.
“Xəbərsiz” bildirir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi bildirib.
Qurbanların əksəriyyəti (110 nəfər) son sutka ərzində suyun səviyyəsi aşağı düşsə də, Hat Yai şəhərinin şiddətli daşqınlara məruz qaldığı Sonqxla əyalətində tapılıb. Bu, hakimiyyət orqanlarına zərər çəkmiş sakinləri təxliyə etməyə və axtarış-xilasetmə işlərini intensivləşdirməyə imkan verib.
Tailand Hərbi Dəniz Qüvvələri fəlakətin nəticələrinin aradan qaldırılması və humanitar yardımın göstərilməsi ilə məşğuldur. Ümumilikdə 2 milyona yaxın insan daşqınlardan zərər çəkib.
Xəbərsiz





