İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd ABŞ-ın mümkün quru əməliyyatı ilə bağlı sərt açıqlama verib.
“Xəbərsiz” xəbər verir ki, o, bu barədə İLNA agentliyinə müsahibəsində danışıb.
Zeynivənd bildirib ki, ABŞ-ın quru əməliyyatı ehtimalı daha çox blefə bənzəyir. Bununla belə, İran həmin ssenariyə tam hazırdır.
Zeynivəndin sözlərinə görə, ölkədə təhlükəsizlik vəziyyəti tam stabildir və aidiyyəti qurumlar vəziyyətə nəzarət edir. O əlavə edib ki, ehtimal olunan risklərə qarşı bütün hazırlıq tədbirləri görülür.
“Əgər gəlsələr, dərslərini verəcəyik. Əsl döyüş məhz quru əməliyyatı günü olacaq. Bu, dəhşətli bir savaş olacaq”, – deyə Zeynivənd bildirib./globalinfo





