Ukraynanın Belqorod vilayətinə hücumu zamanı üç mülki şəxs yaralanıb
Ukrayna hərbçiləri Belqorod vilayətinə pilotsuz uçuş aparatlarından istifadə edərək hücum edib, nəticədə 3 mülki şəxs yaralanıb.
“Xəbərsiz” bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Borisovka qəsəbəsində minik avtomobilinə pilotsuz təyyarənin hücumu zamanı sürücü ağır bədən xəsarətləri alıb. Açıq kəllə-beyin travması və kürəyinin nüfuz edən yarası ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsində həkimlər ona hər cür lazımi tibbi yardım göstərirlər”, – məlumatda deyilir.
Əməliyyat qərargahı əlavə edib ki, Borisovka qəsəbəsində daha bir nəfər yaralanıb. Yekaterinovka qəsəbəsində pilotsuz uçan aparatın partlaması nəticəsində kənd təsərrüfatı müəssisəsinin işçisi xəsarət alıb.
Xəbərsiz





