Vado Korovinin yerinə bu şəxs təyin edildi
“Xəbərsiz” manşet.az-a istinadən xəbər verir ki, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





