Venesuela Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət etdi
Venesuela ABŞ Prezidenti Donald Trampın Venesuelada və onun ətrafında hava məkanının tamamilə bağlanacağını elan etməsindən sonra “suverenliyin pozulması”nı əsas gətirərək Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət edib.
“Xəbərsiz” xəbər verir ki, Venesuelanın nəqliyyat naziri Ramon Velasquez Araquayan sosial media hesabından verdiyi açıqlamada ABŞ-ın Venesuelanın hava məkanı ilə bağlı açıqlamasının ölkənin suverenliyinin pozulması olduğunu bildirib.
“Belə bir hərəkət Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 17-ci Əlavəsində ağır cinayət kimi müəyyən edilən qeyri-qanuni müdaxilədir. Çünki bu, yalan məlumat yaymaqla aviasiya əməliyyatlarının təhlükəsizliyinə təhlükə yaradır. Bundan başqa, ABŞ-ın belə bir bəyanatla çıxış etmək səlahiyyəti yoxdur və bunun heç bir hüquqi əsası yoxdur”, – deyə o, bildirib.
Xəbərsiz





