Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir
Dünya “böyük bir müharibənin astanasındadır” və ölkələr bundan “yayınmaq” üçün heç bir addım atmır.
“Xəbərsiz” xəbər verir ki, belə bir bəyanatla Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edib.
“Düşünürəm ki, böyük müharibə ərəfəsindəyik. Buna görə də ümid edirdim ki, kimlərsə bundan qaçmaq üçün addımlar atacaq. Lakin bu baş vermədi və yaxın dövrdə də baş verməyəcək. Deməli, biz daha kəskin gərginlik ərəfəsindəyik”-deyə Vuçiç bildirib.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





