Yaşlı kişi küçədə yıxılaraq öldü
Bakıda 68 yaşlı kişi küçədə yıxılaraq ölüb.
“Xəbərsiz” oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal ərazisində baş verib.
Bakı şəhər sakini – 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov rayonun A.Məlikov küçəsində piyada hərəkət edərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





