"147 saylı məktəbdə tədris prosesi normal qaydada davam edir" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.
Məlumata görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.
Mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsindən “Xəbərsiz”ə bildirildi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.
Qeyd olunub ki, təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.
Xəbərsiz.media





