Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakıda “BMW” hasara çırpıldı – Ölən var

Reklam728 × 90

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

“Xəbərsiz” xəbər verir ki, hadisə sentyabrın 28-i saat 17 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Bakı sakini Aydın Gülağa oğlu Nəcəfovun idarə etdiyi “BMW” markalı 10 SG 477 nömrə nişanlı avtomobil daş hasara çırpılıb.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən A.Nəcəfov gecə saatlarında vəfat edib.

RPİ tərəfindən araşdırmalar aparılır.

Reklam728 × 90