Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sumqayıtda marşrut avtobusu sürücüsü həbs edildi

Reklam728 × 90

Sumqayıtda 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından saxlanılaraq tibbi müayinəyə aparılıb.

Bu barədə Xebersiz-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

Reklam728 × 90