Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycan nefti ucuzlaşır

Reklam728 × 90

Azərbaycanın “Azeri Light” markalı neftin İtaliyanın Augusta limanında CIF bazasında qiyməti oktyabrın 13-də əvvəlki səviyyədən 0,08 dollar və ya 0,12 faiz ucuzlaşaraq 66,28 dollar/barelə düşüb .

Türkiyənin Ceyhan limanında “AzeriLight” markalı neftin FOB qiyməti 0,09 dollar və ya 0,14% ucuzlaşaraq 64,64 dollar/barelə bərabər olub.

URALS markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,82% azalaraq 51,75 dollar, Şimal dənizindən hasil edilən Brent Dated markalı neftin 1 barelinin qiyməti isə 0,48 dollar və ya 0,74% ucuzlaşaraq 64,26 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsi neftin orta qiymətinin 70 dollar/barel olması əsasında hazırlanıb.

Reklam728 × 90