Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Prezidentdən Şamil Rzayevlə bağlı SƏRƏNCAM

Reklam728 × 90

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yeni təyinat olub.

 

“Xəbərsiz” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şamil Etibar oğlu Rzayev ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

 

Qeyd edək ki, Ş.Rzayev 1974-cü ildə anadan olub. O, 2000-2001-ci illərdə ANAMA-da Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

 

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Reklam728 × 90