Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Çin yenidən Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilib

Reklam728 × 90

Çin Almaniyanın ən mühüm ticarət tərəfdaşı kimi ABŞ-ı geridə qoyub.

“Xəbərsiz” yanvar-avqust aylarında Almaniyanın ABŞ ilə 162,8 milyard avro dəyərində mal ticarəti aparıldığı halda, Çinlə ticarət dövriyyəsi 163,4 milyard avro təşkil edib.

Bu barədə “Reuters” agentliyi Federal Statistika İdarəsinin məlumatlarına əsaslanaraq hesablamalar aparıb. 

Xalq Cümhuriyyəti artıq 2016-cı ildən 2023-cü ilə qədər Almaniyanın ən mühüm ticarət tərəfdaşı idi. 2024-cü ildən bu ilin birinci yarısına qədər ABŞ irəlidə idi. Bu dəyişikliyin səbəblərindən biri qismən ABŞ prezidenti Donald Trampın tarif siyasəti nəticəsində ABŞ-a ixracın azalmasıdır. Almaniyanın ABŞ-a ixracının həcmi ilin ilk səkkiz ayında 7,4 faiz azalaraq 99,6 milyard avroya düşüb. 

İslam İman

Reklam728 × 90