Avropa İttifaqı bir ölkədən digərinə sursatın sürətlə tədarükünə imkan verəcək “hərbi Şengen” zonası yaratmalıdır.
“Xəbərsiz” xəbər verir ki, bu təklifi Estoniyanın müdafiə naziri Hanno Pevkur irəli sürüb.
“Müdafiə planlaması və hərbi planlaşdırma NATO-nun məsələsidir. Bizə “hərbi Şengen” lazımdır ki, əgər İspaniyadan Estoniyaya bir şey çatdırmaq lazım gələrsə, bunun üçün heç bir sənəd tərtib etmədən bizə tez hərəkət etməyə imkan versin”, – deyə o, bildirib.
“Aİ həmçinin, məsələn, miqrasiya böhranı zamanı edildiyi kimi, birgə maliyyələşdirmə və satınalma yolu ilə üzv dövlətlərə yardımın göstərilib-göstərilməməsi ilə bağlı qərar qəbul edə bilər”, – deyə nazir əlavə edib.
Əli Hacı







