Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması, məişət səs-küyünün qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
“Xəbərsiz” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a açıqlama verib.
“Tədbirlərlə 13 qanun pozuntusu aşkarlanıb və onları törədən şəxslər məsuliyyətə cəlb olunublar. Ərazidə sakinləri narahat edən hallarla bağlı tədbirlər diqqətdə saxlanılır”, – C.Qənbərli qeyd edib.







