Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sahibə Qafarova Braziliyada işgüzar səfərdədir

Reklam728 × 90

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliyanın Belem şəhərində işgüzar səfərdədir.

“Xəbərsiz” xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində nümayəndə heyəti COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Reklam728 × 90