Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Paşinyan Rusiyanın Azərbaycan üzərindən Ermənistana yük ixracında iştirakını alqışlayır

Reklam728 × 90

İrəvan Rusiyanın Azərbaycandan keçməklə Ermənistana dəmir yolu daşımaları prosesində iştirakını alqışlayır.

“Xəbərsiz” bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib.

“Rusiya Federasiyasının iştirakına gəlincə, mən bu fəaliyyəti alqışlayıram. Ümumiyyətlə, Vaşinqton razılaşmalarından sonra çoxları bunun Rusiya və İranın maraqlarına zidd olduğunu söylədi. Bizim mövqeyimiz, əksinə, bundan ibarət idi ki, bu, əlaqələrimizi daha da dərinləşdirəcək. Və iki aydan sonra siz bunun təzahürünü görürsünüz”, – o deyib.

Əli Hacı

Reklam728 × 90