ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərdə “təxribatçıların” aradan qaldırılması ilə bağlı dialoq dayandırılıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə ABŞ-nin Rusiyadakı missiyasından “İzvestiya”ya bildiriblər ki, hazırda Moskva və Vaşinqtondakı səfirliklərin tam fəaliyyətinin bərpası üzrə danışıqların yeni mərhələsi planlaşdırılmır.
ABŞ və Rusiya arasında “təxribatçılar”la bağlı məsləhətləşmələrin ikinci və indiyədək son raundu altı aydan çox əvvəl, aprelin 10-da İstanbulda baş tutub. Bundan sonra üçüncü görüş heç vaxt təyin olunmayıb. İyun ayında Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev bunun “yaxın gələcəkdə” baş tutacağına əmin etdi. Lakin sonradan Rusiya Xarici İşlər Nazirliyi məsləhətləşmələrin Amerika tərəfinin təşəbbüsü ilə ləğv edildiyini bildirib. Daha sonra danışıqlar oktyabrın sonundan noyabrın əvvəlinə kimi nəzərdə tutulub. Lakin tərəflər hələ ki, onlar barədə razılığa gəlməyiblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Amerika tərəfi ilə dialoq davam edir, lakin “ancaq onların istədikləri qədər tez deyil”. Eyni zamanda o, “təxribatçıların” müzakirəsi üçün yeni görüşün nə vaxt və harada keçirilə biləcəyini deyə bilməyib.
Moskva və Kiyev arasında müharibənin başa çatması ilə bağlı danışıqlara paralel olaraq səfirliklərin tam fəaliyyətinin bərpası, Rusiyanın ABŞ-dəkı diplomatik əmlakının qaytarılması, ölkələr arasında hava nəqliyyatının bərpası və ümumilikdə münasibətlərin normallaşdırılması ilə bağlı məsləhətləşmələr gedir, onlar heç nə ilə yekunlaşmayıb.
“Rusiya-Amerika dialoqunun 99%-i hazırda Ukrayna ilə bağlıdır. Üstəlik, hazırda Moskvada hətta Amerika səfiri belə yoxdur, ona görə də bütün müzakirələr birbaşa Ağ Ev administrasiyası ilə aparılır”, – Şarikov qeyd edib.
Əli Hacı







