Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Azərsilah”ın zavodunda qəza – Bir nəfər öldü

Reklam728 × 90

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Reklam728 × 90