Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

AQTA kafeni möhürlədi – “Dostluq”da saxta içkilər tapıldı – FOTO

Reklam728 × 90

Daxil olan müraciət əsasında Xırdalan şəhəri N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov Elnur Fərman oğluna məxsus “Dostluq” kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

“Xəbərsiz” xəbər verir ki, AQTA-nın məlumatına görə, baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Belə ki, “Premium Organic”, “Organic Ultra”, “Caspian Beluga” əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Bakupost.az

Bakupost.az

Bakupost.az

Reklam728 × 90