Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycan neftinin bu günə olan QİYMƏTİ

Reklam728 × 90

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dollar artıb.

“Xəbərsiz” xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,8 % artaraq 67,04 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Reklam728 × 90