Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan telefon danışığı zamanı Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Haddad və onunla birlikdə həlak olanların yaxınlarına dərin kədər hissi ilə başsağlığı diləklərini çatdırıb.
Qeyd edək ki, dekabrın 23-də Ankaranin Esenboğa hava limanından havaya qalxan Liviya Baş Qərargah rəisinin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Ölənlər arasında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Məhəmməd Əli Əl-Haddad və Ordunun Baş Qərargah rəisi general-leytenant Fituri Qəribil də var. Liviya hökuməti 3 günlük milli matəm elan edib. //APA







