Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sərdar Berdiməhəmmədov Azərbaycan səfirini təltif edib

Reklam728 × 90

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının səfiri Qismət Gözəlovu təltif edib.

Bu barədə “Xəbərsiz”ə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif edilib.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov təltifləri Qismət Gözəlova təqdim edib.

Reklam728 × 90