Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

​Şəmkirdə dərədən meyit tapıldı

Reklam728 × 90

Şəmkir rayonunda dərədən meyit tapılıb.

“Xəbərsiz” Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zəyəm Cırdaxan kəndində baş verib.

Kənd sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyevin meyiti yaşadığı evin yaxınlığındakı dərədə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Reklam728 × 90