Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycanın İsraillə ticarət dövriyyəsi azaldı

Reklam728 × 90

Bu ilin yanvar-mart aylarında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin dəyəri 15 milyon 30 min ABŞ dolları təşkil edib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Son 1 ildə Azərbaycanın İsrailə ixracının dəyəri 57,7 % azalaraq 5 milyon 72 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2,7 dəfə artaraq 9 milyon 958 min ABŞ dolları olub.

Hesabat dövründə İsraillə ticarət ümumi dövriyyənin 0,1 %-i qədər olub. O cümlədən, İsrailə ixrac ümumi ixracın 0,1%-ni, İsraildən idxal isə ümumi idxalın 0,2%-ni təşkil edib.

Reklam728 × 90