Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Dünya yuxu, dünya yalan – Qəvami Sadıqbəyli

Reklam728 × 90

Qəvami Sadıqbəyli yeni şeirini yayımlayıb. 

“Xəbərsiz” “Yadda qalan…” adlı şeiri təqdim edir:

Dünya yuxu, dünya yalan
Kimdir burda daim qalan…?!
Soyma xalqı, etmə talan;
Ömrümüz dar-kiçik dalan…
Yadda qalır: körpü salan!

Çərxi fələk fırlanır hey,
Yük daşınır, tırlanır hey.
İllərimiz sırlanır hey.
Ömrümüz dar-kiçik dalan…
Yadda qalır: körpü salan!

Sanma güclü, zəkalısan
Həyatdan sən kam alırsan;
Bəlkə ən çox bəlalsan.
Ömrümüz dar-kiçik dalan…
Yadda qalır: körpü salan!

Yüz il yaşa, yüz il oxu
Biliyindən xalça toxu;
Getməz yenə Tanrı xofu.
Ömrümüz dar-kiçik dalan…
Yadda qalır: körpü salan!

Qəvami də yaşa doldu,
Zənn etdi ki, elmi boldu.
Yavaş-yavaş o da soldu.
Ömrümüz dar-kiçik dalan…
Yadda qalır: körpü salan!

Reklam728 × 90