SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Rəsmi Tehran bu ölkələri HƏDƏLƏDİ
24 Avqust 2026
Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ
24 Avqust 2026
Paşinyan Rusiyaya 400 milyon dollar təklif etdi
24 Avqust 2026
Əsas/Cəmiyyət/Müəllimin geyimi şagirdlərin diqqətini yayındırmamalıdır – Deputat
Cəmiyyət

Müəllimin geyimi şagirdlərin diqqətini yayındırmamalıdır – Deputat

Xəbərsiz Media
17 İyun 2026

Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyimlə bağlı tələblər müəyyənləşdirilir. Layihədə həmçinin məktəbli forması ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunmasının valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına daxil edilməsi təklif edilir.

Məsələ ilə bağlı fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, qanuna təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsidir.

“Qanuna edilən əlavə və dəyişiklikdən də göründüyü kimi, burada əsas məqsəd dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsidir. Eyni zamanda təhsil mühitinin təşkilati əsaslarının daha da gücləndirilməsi, geyimlə bağlı hüquqi çərçivənin dəqiqləşdirilməsi və məktəbdaxili nizam-intizamın dəstəklənməsi nəzərdə tutulur”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, dəyişikliklər təhsil mühitinə uyğun olmayan və diqqəti tədris prosesindən yayındıra biləcək elementlərin minimuma endirilməsinə də xidmət edəcək: “Burada məqsədlərdən biri həm təhsilalanların, həm də təhsilverənlərin ümumi zahiri görünüşündə təhsil mühitinə uyğun olmayan və diqqəti tədris prosesindən yayındıra biləcək müxtəlif rəmz və atributların, eləcə də ictimai etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsidir”.

“Məktəblərdə vahid geyimin tətbiqi beynəlxalq təcrübədə də geniş tətbiq olunur”

Deputat vurğulayıb ki, təklif edilən dəyişikliklər vahid yanaşmanın tətbiqi, peşəkar davranış mədəniyyətinin gücləndirilməsi və tədris prosesinin keyfiyyətinin artırılması baxımından əhəmiyyət daşıyır.

“Əslində, bu barədə müzakirələr cəmiyyətdə xeyli vaxtdır gedirdi. Bu baxımdan sənəd xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, müəllimlərin geyimi ilə bağlı müəyyən standartların tətbiqi beynəlxalq təcrübədə də geniş yayılıb.

“Dünyanın hər yerində vahid geyim forması təhsil mühitində təşkilati nizamın və peşəkar, işgüzar mühitin formalaşdırılmasının mühüm elementlərindən biri hesab olunur. Malayziyada dövlət məktəblərində çalışan müəllimlər üçün rəsmi geyim kodları mövcuddur. Sinqapur və Koreyada təhsilverənlərin geyim qaydaları olduqca sərtdir. Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə də müəllimlərdən müəyyən geyim normalarına əməl etmələri tələb olunur”, – deyə deputat qeyd edib.

“Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək”

O hesab edir ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də gələcək nəslin formalaşdığı mühüm sosial institutdur.
“Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edəcək. Heç şübhəsiz ki, müəllimlərin işgüzar üslubda görünməsi onların özlərinin və məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək”, – deyə deputat bildirib.

Deputatın fikrincə, müəllimin geyimi onun peşəkar fəaliyyətinə mane olmamalı və şagirdlərin diqqətini yayındırmamalıdır: “Birmənalı olaraq müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə və üsluba düzgün münasibət formalaşdırmalıdır. Sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını almağa kömək edəcək”.

“Müəllimin görünüşü şagirdlərdə məktəbə münasibətin formalaşmasına təsir edən amillərdəndir”

Deputat əlavə edib ki, geyimdə peşəkarlıq və standartlara uyğunluq müəllimin pedaqoji nüfuzunun qorunmasına xidmət edir:
“Müəllimin görünüşü şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir. Vahid işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir”.

Valideynlərin məsuliyyəti məsələsinə toxunan deputat bildirib ki, təhsil mühitində tətbiq olunan qaydaların səmərəli həyata keçirilməsi məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsini tələb edir.

“Təhsil mühitində tətbiq olunan qaydaların səmərəli həyata keçirilməsi məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsini tələb edir. Valideynlərin bu prosesə dəstəyi uşaqların məktəb mühitinə uğurlu adaptasiyasına töhfə verir. Birgə əməkdaşlıq və vahid mövqe nümayiş etdirmədən ciddi nəticəyə nail olmaq qeyri-mümkündür”, – deyə deputat vurğulayıb.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya24 Avqust 2026
Rəsmi Tehran bu ölkələri HƏDƏLƏDİ
Cəmiyyət24 Avqust 2026
Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ
Dünya24 Avqust 2026
Paşinyan Rusiyaya 400 milyon dollar təklif etdi
Gündəm24 Avqust 2026
Polisdən BÖYÜK ƏMƏLİYYAT: 6 nəfər tutuldu
Cəmiyyət24 Avqust 2026
Yağış, şimşək, duman – SABAHIN HAVASI
Hərbi24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
Hadisə24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
Elm və təhsil24 Avqust 2026
DİM təkrar qəbul elan etdi
Siyasət24 Avqust 2026
Paşinyan Naxçıvanın adını çəkdi – Rusiyaya müraciət etdi
Gündəm23 Avqust 2026

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

Həmçinin oxu

Cəmiyyət

Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

No Comment
122 baxış
Cəmiyyət

Yağış, şimşək, duman – SABAHIN HAVASI

No Comment
141 baxış
Cəmiyyət

“Pendirli Manqalüstü” sosisi ilə bağlı yaranan narahatlıqla bağlı AÇIQLAMA

No Comment
446 baxış
Cəmiyyət

Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq

No Comment
183 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Polisdən BÖYÜK ƏMƏLİYYAT: 6 nəfər tutuldu
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
“Bu kəndlər Ermənistan ərazisi deyil”
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2196
Dünya 1273
Elm və təhsil 378
Gündəm 1283

Bütün müəllif hüquqları qorunur - 2026