“İranın dəniz blokadasına və ABŞ-nin digər qanunsuz hərəkətlərinə dəstək verən istənilən ölkə cavabını alacaq”.
“Xəbərsiz” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
“İrana qarşı dəniz blokadası təcavüz aktıdır. Biz xəbərdarlıq edirik ki, ABŞ-nin qanunsuz hərəkətlərinə istənilən dəstək ciddi nəticələrə səbəb olacaq, çünki İran İslam Respublikası heç vaxt belə şeylərə dözməyəcək”, – deyə İsmayıl Bəqai qeyd edib.
Xatırladaq ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını bərpa edib. Avqustun 23-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyan edib ki, ABŞ hərbçiləri bu müddət ərzində ümumilikdə 70 gəmini yönləndiriblər.
Avqustun 24-də ABŞ maliyyə naziri Skott Bessent öz “X” hesabında yazıb ki, ABŞ İrana qarşı “maliyyə hücumu”na keçməyi planlaşdırır. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid”in başlandığını elan etmişdi.
ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, Tehranı dəstəkləyən ölkələr, maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət idarələri ciddi iqtisadi nəticələrlə üz-üzə qalacaqlar.






No Comment! Be the first one.