SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Yağış, şimşək, duman – SABAHIN HAVASI
24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
24 Avqust 2026
Əsas/Siyasət/Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
Siyasət

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Xəbərsiz Media
29 İyul 2026

Tehranın Bakıya qarşı gözlənilmədən bu addımı atması bir daha bu mühüm sualı gündəmə gətirir: İranın şimal qonşusu ilə bağlı xarici siyasəti hansı beyin mərkəzindən idarə olunur?
“Xəbərsiz” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında güneyli fəal, siyasi müşahidəçi Əlirza Zamani deyib.
Onun sözlərinə görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən Azərbaycanın dövlət televiziyasının (AzTV) “düşmən media” siyahısına salınması İranın hakimiyyət strukturundakı iki fərqli baxışın qarşıdurmasını göstərir:
“Həqiqət budur ki, İranın qərarverici strukturunda qonşu ölkələrlə münasibətlərə yalnız təhdid, güc və geosiyasi qırmızı xətlər prizmasından baxan bir qrup var. Bu qrup üçün Cənubi Qafqaz bir tranzit imkanı deyil, hər an partlaya biləcək kəşfiyyat minası sahəsidir.
Onlar AzTV-nin İrandakı azərbaycanlıların milli məsələləri ilə bağlı proqramlarını birbaşa milli təhlükəsizliyə təhdid kimi qiymətləndirirlər. Rəsmi dövlət mediasını qara siyahıya salmaq kimi kəskin qərarlar məhz bu dairələrdə hazırlanır. Bu cür addımlar bəlkə qısa müddətdə qarşı tərəfə mesaj vermək məqsədi daşıyır, lakin uzunmüddətli perspektivdə ölkənin milli maraqlarına ağır zərbə vurur”.
Ə.Zamani hesab edir ki, bu qruplaşmaya əks tərəfdə hökumətin diplomatik və iqtisadi korpusu dayanır:
“Onlar ölkənin strateji maraqlarını və siyasi mövcudluğunu tranzit yolların açılmasında və sərhədlərdə sabitliyin qorunmasında görürlər. Bu qrup üçün “Şimal-Cənub” dəhlizi vasitəsilə hər il milyonlarla ton yükün daşınması, Araz çayı üzərindəki müştərək su bəndləri layihələri və Bakı ilə rabitə kanallarının açıq saxlanılması kəşfiyyat qurumlarının emosional qərarlarına qurban verilməməli olan həyati prioritetlərdir. Bu iki paralel yanaşmanın toqquşması Tehran-Bakı münasibətlərini çətin dövrəyə salıb.
Nə vaxt diplomatik korpus böyük səylərlə səfirliklərin fəaliyyətini bərpa edir və sərhəd layihələrini hərəkətə gətirirsə, Tehrandakı təhlükəsizlik yönümlü qurumların qəfil bir qərarı (AzTV-nin qara siyahıya salınması kimi) diplomatiyanın uğurlarını yenidən sıfırlayır.
Tehranda qonşu ölkələrlə bağlı vahid strateji mövqe formalaşmayana və təhlükəsizlik orqanlarının kölgəsi iqtisadi və tranzit layihələrin üzərindən çəkilməyənə qədər Bakı ilə münasibətlər “gərginlik, müvəqqəti yumşalma və yenidən gərginlik” dairəsində qalacaq. Bu gün İranın milli maraqları ölkəni daha da təcrid edən təhlükəsizlik yanaşmalarına deyil, diplomatik rasionallığa və iqtisadi inteqrasiyaya daha çox ehtiyac duyur”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 Avqust 2026
Yağış, şimşək, duman – SABAHIN HAVASI
Hərbi24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
Hadisə24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
Elm və təhsil24 Avqust 2026
DİM təkrar qəbul elan etdi
Siyasət24 Avqust 2026
Paşinyan Naxçıvanın adını çəkdi – Rusiyaya müraciət etdi
Gündəm23 Avqust 2026

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

Manşet23 Avqust 2026

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

Manşet23 Avqust 2026

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edildi

Manşet23 Avqust 2026

Prezidentlə xanımı Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydular

Maraqlı22 Avqust 2026

Bakıya uçmalı olan təyyarələr havaya QALXA BİLMİR

Həmçinin oxu

Siyasət

Paşinyan Naxçıvanın adını çəkdi – Rusiyaya müraciət etdi

No Comment
11 baxış
Dünya

NATO Rusiyaya təhlükə yaradan silahlar yerləşdirir - Putin

No Comment
184 baxış
Siyasət

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

No Comment
119 baxış
Siyasət

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

No Comment
171 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
“Bu kəndlər Ermənistan ərazisi deyil”
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2195
Dünya 1271
Elm və təhsil 378
Gündəm 1282

Bütün müəllif hüquqları qorunur - 2026