ABŞ ordusunun Kentukki ştatındakı Fort Kempbell hərbi bazasında yerləşən “Black Hawk” helikopteri Kolorado ştatının dağətəyi ərazisində meşəlik sahədə qəzaya uğrayıb.
Bu barədə “CBS News” məlumat yayıb.
Gilpin dairəsi şerifinin ofisinin məlumatına görə, helikopterin göyərtəsində dörd nəfər olub və ilkin məlumata əsasən, onların heç biri xəsarət almayıb.
ABŞ ordusunun nümayəndəsi hadisəni təlim əməliyyatı zamanı baş vermiş “aviasiya insidenti” kimi xarakterizə edib. Hazırda hadisənin başvermə şəraiti araşdırılır.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





