“Red Bull” pilotu Maks Ferstappenin müqaviləsinin uzadılmasından sonra alacağı maaşı açıqlanıb.
Bu barədə İnsayder Co Seyvard məlumat verib.
Daha əvvəl Ferstappenin komandası ilə 2030-cu ilə qədər müqavilə imzaladığı açıqlanmışdı.
Seyvarda görə, Ferstappen ildə təxminən 100 milyon dollar qazanacaq. Bonuslar da daxil olmaqla, bu rəqəm 120 milyon dollara qədər arta bilər.
Mediada yayılan məlumatlara görə, bu, Ferstappeni ən çox maaş alan Formula 1 pilotu edəcək. Hazırda Ferstappen bu titulu Ferrari pilotu Luis Hamiltonla bölüşür, Şarl Lekler də ilk üçlükdədir.
Xatırladaq ki, yeni müqaviləsinin elan edilməsindən sonrakı ilk yarışda Verstappen maşınını qəzaya uğratdı və Niderlanddakı ev Qran Prisini başa vura bilmədi.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





