Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb

Reklam728 × 90

Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında baş verən silahlı insidentdə xəsarət alan şagirdlərin sayı 10-a çatıb.

Hadisə nəticəsində bir şagird ölüb.

Yerli media hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirir.

___________

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.

Hadisə nəticəsində yaralananların sayı 8 nəfərə çatıb.

Manisa valiliyinin məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Hücumdan sonra hadisə yerindən qaçan şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun həmin liseyin 9-cu sinif şagirdi H.O. olduğu müəyyən edilib.

Valilik hadisə ilə bağlı istintaqın başladıldığını və yeni məlumatların ictimaiyyətə açıqlanacağını bildirib.

____________

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub. Hadisə nəticəsində şagirdlərin yaralandığı bildirilir.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə sentyabrın 22-də səhər saat 08:00 radələrində Turqutlu rayonunun Albayrak məhəlləsində yerləşən İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.

İlkin məlumata görə, naməlum şəxs məktəbin qarşısında səbəbi hələ müəyyənləşdirilməyən silahlı hücum törədib.

Hücum zamanı 4 şagird xəsarət alıb.

Polis ərazidə təhlükəsizlik tədbirləri görür, yaralılara tibbi yardım göstərilir.

Hadisənin səbəbi, şübhəlinin şəxsiyyəti və yaralı şagirdlərin vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.

Reklam728 × 90