“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026
Sabah hava necə olacaq?
07 Avqust 2026
Samir Şərifov sədr təyin edildi – Sərəncam
07 Avqust 2026
Əsas/Elm və təhsil/65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...
Elm və təhsil

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Xəbərsiz Media
23 İyul 2026

Əmək Məcəlləsinə əsasən, 65 yaşına çatmış müəllimlərlə əmək müqaviləsinin uzadılması mümkündür. Lakin bu qərarın hansı meyarlar əsasında verilməsi ilə bağlı müxtəlif suallar yaranır.

“Xəbərsiz” xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, praktikada 65 yaşına çatan müəllim və məktəb rəhbərlərinin fəaliyyətinin davam etdirilməsi bir sıra göstəricilər əsasında qiymətləndirilir.

Onun sözlərinə görə, ümumilikdə yaş həddinə çatan müəllimlər və məktəb direktorları əmək müqaviləsinin başa çatması ilə əlaqədar təqaüdə göndərilirlər. Lakin müəyyən hallarda istisnalar tətbiq edilir.

“Əgər müəllimin və ya rəhbər şəxsin ‘Əməkdar müəllim’ fəxri adı, ‘Tərəqqi’ medalı, Elm və Təhsil Nazirliyinin ‘Təhsildə fərqlənməyə görə’ döş nişanı varsa və ya 60 yaşdan sonra sertifikatlaşdırmada yüksək nəticə göstəribsə, müəyyən güzəştlər tətbiq oluna bilər”, – deyə ekspert bildirib.

M.Məmmədlinin sözlərinə görə, son illərdə bu prosesə nəzarət gücləndirilsə də, qərarların verilməsində vahid yanaşmanın tam formalaşdığını söyləmək çətindir.

“Praktikada bəzi hallarda ümumi fəaliyyəti yüksək qiymətləndirilməyən müəllim və ya rəhbər şəxslərin də fəaliyyət müddətinin yerli təhsil idarələri tərəfindən uzadıldığını görmüşük. Buna baxmayaraq, son iki ildə prosesə daha ciddi nəzarət olunur”, – o qeyd edib.

Ekspert bildirib ki, hazırda əsasən yüksək peşəkarlığı, uğurlu fəaliyyəti və yaxşı nəticələri ilə seçilən müəllim və rəhbər şəxslərin əmək müqaviləsi yerli təhsil idarələrinin qərarı ilə bir il müddətinə uzadıla bilir.

M.Məmmədli hesab edir ki, təcrübəli müəllimlərin potensialından istifadə edilməlidir.

“Elə müəllimlər var ki, həm peşəkarlıqları, həm idarəetmə bacarıqları, həm də sağlamlıqları onlara fəaliyyətlərini davam etdirməyə imkan verir. Belə şəxslərin təcrübəsinin gənc nəslə ötürülməsi baxımından onların bir və ya bir neçə il də işləməsi məqsədəuyğun ola bilər”, – deyə o bildirib.

Bununla yanaşı, ekspert qeyd edib ki, son bir ildə 65 yaşına çatan müəllim və rəhbər şəxslərin təqaüdə göndərilməsi halları daha sistemli şəkildə həyata keçirilir.

AzEdu Təhsil Platformasının direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə vurğulayıb ki, Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə, o cümlədən təhsil müəssisələrində çalışanların yaş həddi 65-dir. Bununla belə, müəyyən hallarda müəllimlərin əmək müqaviləsinin uzadılması mümkündür.

Onun sözlərinə görə, bunun üçün bir sıra hüquqi və peşəkar meyarlar nəzərə alınır.

“65 yaşına çatmış müəllimin ‘Əməkdar müəllim’ fəxri adı və digər rəsmi təltifləri olduqda onun əmək müqaviləsi bir il müddətinə uzadıla bilər. Bu proses maksimum 70 yaşadək davam etdirilə bilər. 70 yaşdan sonra isə qanunvericilik müəllimlə əmək müqaviləsinin uzadılmasına imkan vermir”, – deyə ekspert bildirib.

E.Nuri qeyd edib ki, ucqar yaşayış məntəqələrində müəllim çatışmazlığı olduğu hallarda da yaş həddinə çatmış müəllimlərin fəaliyyətini davam etdirməsinə ehtiyac yarana bilər.

“Bəzi ucqar məktəblərə yeni müəllimlər getmir və ya kadr ehtiyacı tam ödənilmir. Belə hallarda həmin məktəblərdə çalışan təcrübəli müəllimlərin yaş həddindən sonra da işləməsinə şərait yaradılır”, – o vurğulayıb.

Ekspert hesab edir ki, təcrübəli müəllimlərin bilik və bacarığından yaş həddindən sonra da istifadə etmək mümkündür.

“Şəxsən mən hesab edirəm ki, 65 yaşdan yuxarı müəllimlər bir neçə il də fəaliyyətlərini davam etdirə bilərlər. Bununla yanaşı, onlar məktəbdən tam uzaqlaşdırılmamalıdır”, – deyə E.Nuri bildirib.

Onun fikrincə, gələcəkdə Azərbaycanda “Ömürboyu təhsil” (Life Long Education) modeli geniş tətbiq olunarsa, yaş həddinə görə məktəbdən ayrılan müəllimlər həmin layihələrdə fəaliyyət göstərə bilərlər.

“Vaxtilə təhsil ala bilməyən, yaxud ikinci təhsil almaq istəyən yaşlı insanlar üçün xüsusi tədris proqramları yaradıla bilər. Bu qruplarla işləmək üçün uzun illərin təcrübəsinə malik müəllimlərdən istifadə etmək daha məqsədəuyğun olar”, – deyə ekspert əlavə edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Media07 Avqust 2026

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Dünya07 Avqust 2026

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

Cəmiyyət06 Avqust 2026

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

İqtisadiyyat04 Avqust 2026

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

Gündəm04 Avqust 2026

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

Cəmiyyət03 Avqust 2026

Kabab xərçəngə səbəb olur - Sübut edildi

Həmçinin oxu

Elm və təhsil

Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 

No Comment
281 baxış
Elm və təhsil

Keçid balı 150, maaşı 3 min manatdır...

No Comment
2.5K baxış
Elm və təhsil

DİM bu imtahaların nəticələrini elan etdi

No Comment
103 baxış
Elm və təhsil

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

No Comment
3.2K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2186
Dünya 1255
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026